Kömək mərkəzi
Tez-tez verilən suallar, təlimatlar və təhlükəsizlik qaydaları. Cavabı tapmadınızsa, sorğu göndərin.
Hesab və şifrə
Bloklanmış hesab, unudulmuş və ya müddəti bitmiş şifrə
Hesabım bloklanıb — nə edim?
Şifrə bir neçə dəfə səhv yazılanda Windows hesabı müvəqqəti bloklanır. IT-ni gözləmədən özünüz aça bilərsiniz:
- «Hesabınız bloklanıb?» səhifəsini açın (telefondan da olar)
- Mail ünvanınıza gələn kodla daxil olun
- «Hesabımı kiliddən çıxar» düyməsini basın — bir dəqiqəyə açılır
IT müvəqqəti şifrə verdi və ya şifrəmin müddəti bitib — evdən RDP ilə girə bilmirəm
Uzaqdan qoşulma (RDP) müvəqqəti və ya müddəti bitmiş şifrəni qəbul etmir — əvvəlcə onu dəyişmək lazımdır. Bunu portalda özünüz edə bilərsiniz:
- «Şifrəni dəyiş» səhifəsini açın və mail kodu ilə daxil olun
- Hazırkı (müvəqqəti və ya köhnə) şifrəni yazın
- Yeni şifrəni iki dəfə yazıb «Şifrəni dəyiş» basın
- RDP ilə yeni şifrə ilə qoşulun
Şifrəni ofis kompüterində necə dəyişim?
- Ctrl + Alt + Del düymələrini birlikdə basın
- «Şifrəni dəyiş» (Change a password) seçin
- Köhnə şifrəni, sonra yeni şifrəni iki dəfə yazın və Enter basın
Evdən və ya telefondan isə bunu portalda edə bilərsiniz.
Portalda dəyiş →Şifrə hansı tələblərə uyğun olmalıdır?
- Ən azı 8 simvol (daha uzun — daha yaxşı)
- Bunlardan ən azı 3-ü: kiçik hərf, böyük hərf, rəqəm, simvol (!, #, - …)
- Adınız, soyadınız və ya istifadəçi adınız olmamalıdır
- Azərbaycan hərflərindən (ə, ş, ğ…) istifadə etməyin — başqa klaviaturada yazmaq çətin olur
Yadda saxlamaq asan, təxmin etmək çətin olan üsul: bir neçə sözdən ibarət ifadə, məsələn: Mavi-Qatar-Sahil-27
Şifrəmi unutmuşam
- Portalda «Şifrə / Hesab» kateqoriyası ilə sorğu göndərin
- IT sizə müvəqqəti şifrə verəcək
- Ofisdə — Windows-a onunla daxil olun, sistem yeni şifrə istəyəcək. Evdəsinizsə — «Şifrəni dəyiş» səhifəsindən yeni şifrə təyin edin
IT heç vaxt sizdən hazırkı şifrənizi soruşmur.
Sorğu göndər →Şifrəni dəyişdim, amma hesab yenə də bloklanır
Adətən səbəb köhnə şifrənin harasa yadda saxlanmasıdır — cihaz onunla təkrar-təkrar qoşulmağa çalışır. Bunları yoxlayın və şifrəni yeniləyin:
- Telefonda iş maili (Outlook, Mail tətbiqi)
- Ofis Wi-Fi şəbəkəsi (telefon və noutbukda)
- RDP qoşulmasında saxlanmış şifrə
- Qoşulmuş şəbəkə diskləri və Windows «Credential Manager»
- Başqa kompüterdə açıq qalmış sessiya
Sorğular və portal
Sorğu göndərmək, prioritet, statuslar və cavablar
Sorğunu necə göndərim ki, tez həll olunsun?
- Uyğun kateqoriyanı seçin
- Problemi qısa və konkret yazın: nə edirdiniz, nə baş verdi, xəta mesajı nədir
- Ekran şəklini Ctrl + V ilə birbaşa forma yapışdırın
- Kompüteri yenidən başlatmısınızsa, qeyd edin
- Bir problem — bir sorğu: fərqli məsələlər üçün ayrı sorğu açın
Hansı prioriteti seçim?
- Təcili — iş tamamilə dayanıb və ya çox adama təsir edir (ilk reaksiya hədəfi: 30 dəqiqə)
- Yüksək — işləmək çox çətindir, amma yolu var (ilk reaksiya hədəfi: 2 saat)
- Normal — gündəlik məsələlər (ilk cavab adətən 4 saat ərzində)
- Aşağı — tələsik olmayan istək və təkliflər
Əksər sorğuların 24 saat ərzində həll olunması hədəflənir. Hər şeyi «Təcili» seçməyin — həqiqətən təcili işlər geri qalır.
Sorğunun statusları nə deməkdir?
- Yeni — sorğu qəbul olunub, hələ baxılmayıb
- İcrada — IT üzərində işləyir
- Cavab gözlənilir — IT sizdən məlumat və ya təsdiq gözləyir; cavab yazın
- Həll olundu — problem həll edilib; təkrarlanarsa, sorğuya yazın, yenidən açılacaq
- Bağlandı — sorğu tamamlanıb
IT-nin cavabını harada görəcəm?
«Sorğularım» bölməsində — yeni cavab olanda menyuda nişan görünür. Cavab mail ilə də gəlir; maildəki linkdən sorğuya keçib yaza bilərsiniz.
Sorğularım →Portala necə daxil oluram? Şifrə lazımdır?
Şifrə lazım deyil. Adınızı seçin — iş mailinizə birdəfəlik kod gəlir, onu yazıb daxil olursunuz. Kod 10 dəqiqə etibarlıdır.
Daxil ol →Evdən iş (RDP)
Uzaq iş masasına qoşulma və tez-tez rast gəlinən xətalar
Evdən iş kompüterimə necə qoşulum?
- Win + R basın, mstsc yazın və Enter basın (və ya IT-nin verdiyi RDP faylını açın)
- IT-nin verdiyi kompüter ünvanını yazıb «Qoşul» basın
- İstifadəçi adını domenlə birlikdə yazın (DOMEN\istifadəçi)
- İş şifrənizi yazın
Qoşulma ünvanınız yoxdursa və ya qoşula bilmirsinizsə, sorğu göndərin.
«Daxil olmazdan əvvəl şifrə dəyişdirilməlidir» xətası çıxır
Bu o deməkdir ki, hesabda müvəqqəti və ya müddəti bitmiş şifrə var. RDP bunu dəyişməyə imkan vermir — «Şifrəni dəyiş» səhifəsində yeni şifrə təyin edin, sonra yenidən qoşulun.
Şifrəni dəyiş →Şifrəni dəyişdim, RDP hələ də köhnə şifrə ilə qoşulmağa çalışır
- Uzaq iş masası pəncərəsində «Parametrləri göstər» (Show Options) basın
- Saxlanmış hesabın yanında «Redaktə et» və ya «Sil» seçin
- Yeni şifrəni yazıb qoşulun
Köhnə şifrə ilə təkrar cəhdlər hesabı bloklaya bilər.
İşi bitirəndə pəncərəni sadəcə bağlamaq olar?
Daha yaxşısı Başlat → hesab → «Çıxış» (Sign out) etməkdir. Pəncərəni bağlayanda sessiya və açıq proqramlar işləməyə davam edir, bu da kompüteri yavaşladır və faylları kilidli saxlaya bilər. Kompüteri söndürməyin — sonra uzaqdan qoşulmaq mümkün olmayacaq.
Kompüter, printer, şəbəkə
Sorğu göndərməzdən əvvəl özünüz yoxlaya biləcəyiniz şeylər
Ekran şəklini necə çəkim?
- Win + Shift + S basın və lazım olan hissəni seçin
- Sorğu formasında mətn sahəsinə klikləyib Ctrl + V basın — şəkil əlavə olunacaq
Kompüterimin adını necə öyrənim?
Başlat → Parametrlər → Sistem → Haqqında (About) — «Cihazın adı» sətrində. Və ya Win + R → cmd → hostname yazıb Enter basın.
Printer çap etmir
- Printer yanılıdır, kağız və kartric varmı, ekranında xəta yoxdurmu?
- Düzgün printeri seçdiyinizi yoxlayın
- Çap növbəsində ilişib qalmış sənəd varsa, onu ləğv edin
- Kömək etmədisə, printerin adı və yeri ilə sorğu göndərin
İnternet və ya şəbəkə işləmir
- Kabel bağlıdırmı və ya Wi-Fi qoşuludurmu?
- Kompüteri yenidən başladın
- Yanınızdakılarda işləyirmi? Bir neçə nəfərdə problem varsa, sorğuda bunu qeyd edin
Kompüter çox yavaş işləyir
- Kompüteri tam yenidən başladın (söndür-yandır yox, «Yenidən başlat»)
- Lazım olmayan proqram və brauzer tablarını bağlayın
- Windows yeniləmə gözləyirsə, quraşdırın
- Yenə yavaşdırsa, sorğu göndərin — nə vaxtdan başladığını yazın
Yeni proqram quraşdırmaq istəyirəm
Proqramları özünüz internetdən yükləyib quraşdırmayın. Sorğu göndərin: hansı proqram və nə üçün lazımdır — IT lisenziyanı və təhlükəsizliyi yoxlayıb quraşdıracaq.
Təhlükəsizlik
Şübhəli mail, zərərli proqram və nə vaxt IT-yə dərhal xəbər vermək lazımdır
Mailin saxta (fişinq) olduğunu necə tanıyım?
- Təcili tələb və ya hədə: «hesabınız 24 saata bağlanacaq», «dərhal ödəyin»
- Göndərənin ünvanı tanış ada bənzəyir, amma domen fərqlidir
- Linkin üzərinə siçanı gətirəndə görünən ünvan mətndəkindən fərqlidir
- Gözlənilməz əlavə: .zip, .exe, .html, makroslu Office faylı
- Şifrə, kod və ya bank məlumatı istənilir
- Bank rekvizitlərinin «dəyişdiyi» barədə mail — ödənişdən əvvəl telefonla yoxlayın
Şübhəli linkə kliklədim və ya faylı açdım — nə edim?
- Panikaya düşməyin və gizlətməyin — tez xəbər vermək ən vacibidir
- Linkdə şifrə yazmısınızsa, şifrənizi dərhal dəyişin
- «Təcili» prioritetlə sorğu göndərin: nə vaxt, hansı mail, nə etdiniz
- Maili silməyin — IT onu yoxlayacaq
Fayllar açılmır, adları dəyişib və ya ekranda fidyə tələbi var
Bu şifrələyici virus (ransomware) əlaməti ola bilər. Hər dəqiqə önəmlidir:
- Şəbəkə kabelini çıxarın və Wi-Fi-ı söndürün
- Kompüteri söndürməyin və heç nə silməyin
- Dərhal IT-yə zəng edin və ya başqa cihazdan «Təcili» sorğu göndərin
«IT-dənəm» deyib zəng edən şəxs kompüterimə qoşulmaq istəyir
Ehtiyatlı olun. IT işçiləri şifrənizi və ya SMS kodunuzu heç vaxt soruşmur. Tanımadığınız şəxsə AnyDesk, TeamViewer və bu kimi proqramlarla qoşulmağa icazə verməyin. Şübhə edirsinizsə, zəngi bitirin və portal vasitəsilə yoxlayın.
Heç nə tapılmadı. Sorğu göndərin — IT kömək edəcək.